Rusiyada ən yüksək maaşlar Çukotka və Maqadanda qeydə alınıb

Rusiyada ən yüksək orta əməkhaqqı Çukotka Muxtar Dairəsi və Maqadan vilayətində qeydə alınıb.

Sherg.az xəbər verir ki, bu regionlarda orta aylıq əməkhaqqı 200 min rubldan çox olub. Bu barədə TASS Rosstatın məlumatlarına istinadən yazır.

Bildirilir ki, bu göstəricilər iyun ayında qeydə alınıb. Ən yüksək orta əməkhaqqı Çukotka sakinlərində olub. Burada göstərici 255,1 min rubla çatıb.

Maqadan vilayətində isə iyun ayında orta əməkhaqqı 208 min rubl təşkil edib. Rosstatın statistikasına görə, ölkə üzrə orta göstərici 114 743 rubl olub.

Bundan əlavə, ən yüksək gəlirlərin qeydə alındığı fəaliyyət sahəsi də müəyyənləşdirilib. Belə ki, 2026-cı ilin yanvar-may aylarında dəniz otlaqlarında balıq yetişdirilməsi sahəsində çalışanların aylıq orta əməkhaqqı təxminən 1 milyon rubl təşkil edib. Rosstatın məlumatına görə, onların orta qazancı 971 411 rubl olub.