Rusiyada koronavirusdan ölüm rekord həddə yaxınlaşır
13:35 04.07.2021
Dünya
459
Rusiyada son sutka ərzində daha 25 142 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Rusiya Operativ Qərargahının verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 5 610 941 nəfərə çatıb. Son sutka ərzində 663 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 137 925 nəfərə çatıb. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya və Fransadan sonra beşinci yerdə gəlir.
Qeyd edək ki, iyulun 2-də qonşu ölkədə koronavirusdan ölümdə rekord həddə çatıb. Həmin tarixdə Rusiyada bir gün ərzində qonşu 679 nəfər ölüb
Məlumat üçün qeyd edək ki, Rusiyada yeni növ koronavirus infeksiyasının (COVID-19) yeni "delta plus" ştamı da qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 181,4 milyonu keçib, 3,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm