Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) yanacaq bazarında yeni araşdırmalara başladığını və bir sıra yanacaqdoldurma məntəqələrinin operatorlarına xəbərdarlıq etdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, tədbirlər Altay diyarı, Krasnoyarsk diyarı, Bryansk, Orenburq, Nijni Novqorod və Xerson vilayətləri, eləcə də Yamalo-Nenets Muxtar Dairəsində fəaliyyət göstərən şirkətləri əhatə edir.
Altay diyarının Biysk şəhərində fəaliyyət göstərən beş yanacaqdoldurma məntəqəsinin sahibləri eyni qiymətlərin müəyyənləşdirilməsi məqsədilə antiinhisar qanunvericiliyini pozmaqda şübhəli bilinir. Bundan başqa, Solton rayonunda yeganə yanacaq satıcısı olan "Nika" MMC-yə qarşı da inhisarçı mövqedən istifadə edərək süni şəkildə yüksək qiymətlər tətbiq etdiyi iddiası ilə iş açılıb.
FAS yanacaq bazarında benzin və dizel yanacağının qiymətlərinin formalaşmasının nəzarətdə saxlanıldığını bildirib.