Rusiyanın "qara" günləri başlayır: "Ona başa salacaqlar ki..."- Taliban kabusu
Banuçiçək Kalbalıyeva
08:27 05.07.2021
Dünya
658
“Amerikanın Əfqanıstandan çıxması ilə Rusiyanın çətin günləri başlayacaq. Əfqanıstanı tərk etmə əməliyyatı Amerikanın planlaşdırdığı oyundur. Amerika Talibanla danışıqları başa vurduqdan sonra Əfqanıstandan çıxmağa başladı. Artıq Taliban Əfqanıstanın 90 faizini ələ keçirdiyini açıqlayıb və tezliklə bütün əraziləri ələ tutacaq”.
Bu sözləri BAXCP-nin müşaviri, politoloq Azər Qasımov deyib.
Qasımov bu barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Bundan sonra Taliban İslam xilafəti quracaq, dünyada nə qədər terrorçu, quldur, başkəsən varsa hamısı ora yığılacaq. Amerikanın əfqan hakimiyyətinə verdiyi bütün silahlar da taliblərin əlinə keçib. Rusiyanın və KTMT-nin qara günləri başlayacaq. Ona başa salacaqlar ki, Ukrayna və digər əraziləri işğal etmək necə olur. Taliblərin Rusiyanın Ryazan şəhərinə kimi gəlmək planları var. Talibanın tələbə hərəkatı olduğunu və “Taliban” sözünün “tələbə” demək olduğunu qeyd etmək istəyirəm. Onlar 80-ci illərdə sovet işğalından Əfqanıstandan qaçıb Pakistana gedən puştun uşaqların Amerika və Səudiyyə Ərəbistanının varlı ailələrinin maliyyəsi ilə mədrəsələrdə Vəhabi təriqəti ruhunda böyüyüb, Pakistan İdarələrarası kəşfiyyat (İK) təşkilatının nəzarəti və idarəetməsində olan bir təşkilatdır. Sonralar bu təşkilat çox böyüyür və onun alt orqanlarının əməkdaşları Talibanla o qədər yaxın olur ki, artıq Pakistan hakimiyyəti də onlardan çəkinir. Artıq Taliban nəinki Pakistanda və Əfqanıstanda, eləcə də, onların yatmış hücrələri İran, Qırğızıstan, Tacikistan və s. ölkələrdə var”.
Politoloqun fikrincə, bundan sonra Kremlin işi çətin olacaq:
“Türkiyənin Əfqanıstanda rolu sadəcə yumşaq güc şəklində, yəni yardım, quruculuq, lojistika, tədris, səhiyyə və bu kimi sahələri əhatə etməlidir. Eyni ilə indi olduğu kimi. Taliban Rusiya üçün sonun başlanğıcının hazırlanmasına zəmin yaradacaq. Rusiyanın bu gücə qarşı duracaq nə maliyyəsi, nə də imkanı var. Xüsusilə nəzərə almaq lazımdır ki, Amerika Talibanı dəstəkləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat