Rutte: NATO-nun İran münaqişəsinə qarışmaq planı yoxdur

Şimali Atlantika Bloku ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etmək üçün qətiyyən heç bir plana malik deyil.

Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

“NATO-nun bu münaqişəyə qarışmaq, tərəf olmaq kimi heç bir planı yoxdur. Alyansdakı ayrı-ayrı müttəfiqlər amerikalıların İsrailə qarşı birgə hərəkətlərində onları dəstəkləmək üçün əllərindən gələni edirlər. Hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarına gəldikdə isə, sizi əmin edə bilərəm ki, onlar əhəmiyyətlidir. Onlar bu qədər tez tükənməyəcək və eyni zamanda, müdafiə sənayesinin daha da sürətlə inkişaf etməsini təmin etmək üçün birlikdə çalışmalıyıq”, - Rutte ARD televiziya kanalına verdiyi müsahibədə bildirib .

O vurğulayıb ki, heç kim NATO-nun münaqişəyə qarışacağına inanmır: "Söhbət İrandan, Fars körfəzi bölgəsindən gedir - bütün bunlar NATO ərazisinin xaricindədir. NATO ərazisinin özünə gəldikdə isə, biz ayıq-sayıq qalırıq və onun etibarlı müdafiəsini təmin edirik".