Bu gün səhər saatlarında İraqda həlak olan SEPAH üzvlərinin meyitləri olan tabutlar “Mehran” gömrük-keçid məntəqəsindən İrana gətirilib.
Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, SEPAH-ın üzvü ABŞ və Səudiyyə Ərəbistanının İraqın Neynəva və Kərbəla bölgələrində Həşdi-Şabi qruplaşmasının bazalarına hücumları zamanı həlak olublar.
Qeyd edək ki, dünən İranın Kərbəladakı konsulluğunun rəhbəri Cəfər Səfəri video-müsahibəsində bu məlumatları təkzib edərək, hədəfə alınan binanın “tərk edilmiş və yaşayış olmayan bina” olduğunu iddia etmişdi.