“Sərçəsən, sərçəliyini bil” - Baxçalı Sezen Aksuya sərt mesaj göndərdi
10:10 19.01.2022
Dünya
617
Dövlət Baxçalı türk pop musiqisinin “kraliçası”, “sərçəcik” ləqəbiylə məşhur Sezen Aksuya sərt mesaj göndərib. “Sərçəsən, sərçəliyini bil”, deyə Sezen Aksunun üzərinə gedən Baxçalını bu qədər övkələndirən, əcəba nədir?
Məsələ, Sezen Aksunun “Şahanə bir şey yaşamaq” adlı mahnısıyla bağlıdır. Mahnıda ilk peyğəmbər Həzrəti Adəm və bəşər övladının anası sayılan Həzrəti Həvva “cahil” adlandırılıb. Böyük Millət Məclisində, MHP-nin qrup toplantısında çıxışı zamanı D.Baxçalı bir çox məsələ ilə yanaşı bu mahnıya da toxunub: “Yazdığı əcaib mahnıda həzrəti Adəm və həzrəti Həvvaya “cahil” deyən məsuliyyətsiz və şüursuz bir sənətçinin içində olduğu səfalət və rəzalət halı cəhalət çuxurunun açıq-aydın nümunəsidir. Bu sənətçiyə deyirəm: sərçəsən, sərçəliyini bil, quzğun olmağa həvəslənmə! Belə tip insanların beyni dumanlı, qəlbləri daş və tikanlıdır. Ağlın, əxlaqın, elmin və inancımızın öndərləri olaraq gördüyümüz bir çox milli və mənəvi şəxsiyyətlər cəhalətin hücumuna, dinimiz də böhtanlara, yalanlara, saptırmalara məruz qalır. Bu insanlar birliliyimizi, dirəniş ruhumuzu həzm edə bilməyənlərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi