Si Cinpin və Tramp Ukraynadakı münaqişəyə tezliklə son qoyulmasına çağırış ediblər

Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin tezliklə sona çatmasını dəstəkləyirlər.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Çinin xarici işlər naziri Vanq Yin Trampın Pekinə son səfərinin nəticələrini şərh edərkən deyib: "Çin və ABŞ Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılacağına ümid edirlər. Pekin və Vaşinqton tərəfləri barışdırmaq və danışıqları asanlaşdırmaq üçün hər biri öz yolu ilə çox iş görüblər. Mürəkkəb problemlərin sadə həlli yoxdur və sülh danışıqları bir gecədə əldə edilə bilməz".

Nazir hər iki ölkənin rəhbərliyinin əlaqələri qorumağa və böhranın siyasi həllində konstruktiv rol oynamağa hazır olduğunu deyib.