"North Korea" qadın futbol komandası səkkiz illik fasilədən sonra ilk dəfə Cənubi Koreyaya səfər edib. Sherg.az xəbər verir ki, “Naegohyang Women’s FC” Asiya Çempionlar Liqasının yarımfinalı çərçivəsində Suvonda meydana çıxmağa hazırlaşır.
39 nəfərlik heyət İnçon Beynəlxalq Hava Limanında ciddi təhlükəsizlik tədbirləri altında qarşılanıb. Komandanı qarşılamağa gələn vətəndaş cəmiyyəti nümayəndələri “Xoş gəlmisiniz” pankartları qaldırıblar.
Şimali Koreya təmsilçisi çərşənbə günü Suwon FC Women ilə yarımfinal görüşündə üz-üzə gələcək. Qarşılaşmaya marağın böyük olduğu, 7 mindən çox biletin qısa müddətdə satıldığı bildirilib.
Yerli mediaya görə, hər iki komanda eyni oteldə qalacaq, lakin təmasın minimuma endirilməsi üçün yemək və nəqliyyat zonaları ayrı təşkil olunacaq.
Ekspertlər bu səfəri iki Koreya arasında münasibətlər baxımından simvolik addım kimi qiymətləndirsələr də, bunun siyasi problemləri tam həll etməyəcəyini vurğulayırlar.