Sky News: Londonda keçirilən iki yürüşə 80 minə yaxın insan qatılıb

Londonda mayın 16-da keçirilən iki etiraz aksiyasında ümumilikdə 80 minə yaxın insan iştirak edib.

“Sky News“un məlumatına görə, “Unite the Kingdom” (“Krallığı birləşdir”) şüarı altında keçirilən yürüşə təxminən 60 min nəfər qatılıb.

Aksiya Britaniyanın ifrat sağçı “English Defence League” hərəkatının qurucusu Tommi Robinson tərəfindən təşkil olunub.

Eyni vaxtda keçirilən “Nakba 78” adlı fələstinyönlü yürüşdə isə təxminən 20 min nəfər iştirak edib.

Təhlükəsizliyi təmin etmək üçün şəhərdə 4 minə yaxın polis əməkdaşı xidmət aparıb.

Hüquq-mühafizə orqanları aksiyalar zamanı 31 nəfərin saxlanıldığını, ciddi insident qeydə alınmadığını açıqlayıb.