Sloveniya Prezidenti Nataşa Pirts-Musar yol-nəqliyyat hadisəsi zamanı yüngül xəsarətlər alıb.
Sherg.az xəbər verir ki, qəza iyulun 31-də prezident Xorvatiyadakı məzuniyyətindən qayıdarkən ölkənin avtomagistrallarından birində, Kastelets tunelində baş verib.
Hadisədən sonra Nataşa Pirts-Musar ehtiyat tədbiri olaraq gecəni xəstəxanada keçirib. Hazırda o, evə buraxılıb və vəziyyətinin yaxşı olduğu bildirilir.