Suriya İŞİD-in hücrələrini məhv etdi

Suriya təhlükəsizlik qüvvələrinin İdlib vilayətində keçirdiyi əməliyyat çərçivəsində İŞİD terror təşkilatının hücrələri məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Daxili Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyatlar zamanı 2 terrorçu zərərsizləşdirilib, daha 9 yaraqlı isə saxlanılıb. Onların üzərindən odlu silah, döyüş sursatı və əldəqayırma partlayıcı qurğular aşkar edilib.