Suriya uçuş qadağasının müddətini uzatdı

Suriya hakimiyyəti ölkənin hava məkanında uçuş qadağasını 48 saat müddətinə uzadıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Ölkənin hava məkanı 9 aprel cümə axşamı günü UTC vaxtı ilə saat 21:00-dək (Bakı vaxtı ilə 11 aprel saat 01:00) bağlıdır", - deyə bildirilib.

Belə ki, yalnız mülki aviasiya orqanı tərəfindən əvvəlcədən təsdiqlənmiş uçuşlar istisna olunacaq.