“...“Taliban” Mərkəzi Asiya, Rusiya və İranda stabilliyi pozacaq” - TƏHLİL
Fidan Həmişəyeva
13:01 23.08.2021
Dünya
682
Xəbər verdiyimiz kimi, “Taliban” silahlı qruplaşması Əfqanıstanın böyük bir hissəsini ələ keçirib. Çin, Pakistan və Səudiyyə Ərəbistanı Əfqanıstan İslam Əmirliyini, yəni “Taliban” rejimini rəsmən tanıyıb. Lakin adıçəkilən rejimi tanımayan ölkələr da var. Onlar müəyyən arqumentlər irəli sürərək “Taliban”ı tanımadıqlarını qeyd edirlər. Çexiya prezidenti Miloş Zeman “Taliban”ı terrorçu qurum adlandıraraq, onunla danışıqların əleyhinə çıxış edib.
Əfqanıstandakı proseslərin regiona və digər ölkələrə təsiri , nə ilə nəticələnəcəyi barədə “Sherg.az”a açıqlama verən siyasi analitik Turab Rzayev bildirib ki, Əfqanıstanın sahibi “Taliban”dır:
“ “Taliban” qeyd-şərtsiz qalib gələcək və onun qarşısına heç bir qüvvə çıxa bilməyəcək. Kimin tanıyıb-tanımamasından asılı olmayaraq “Taliban” Əfqanıstanın bir nömrəli gücü olacaq. Bəzi ölkələr öz təhlükəsizliyini təminat altına almaq üçün fərqli baxış sərgiləyirlər. Məsələn, Çin deyir ki, uyğur məsələsinə qarışmasa, “Taliban”ı tanıyacaq, üstəlik onlara yardım da edəcək. Rusiya “Taliban”ı Orta Asiyaya hücum etməyəcəyi təqdirdə tanayacağını bildirib. İran isə Əfqanıstandakı şiələrə normal münasibət göstərib, öz sərhədlərinə hücum etməyəcəyi şərti ilə sözügedən rejimi tanıyacağını deyib. Bütün bunların fonunda “Taliban”nın gələcəkdə Əfqanıstana hakim olmasına dair heç bir sual yeri yoxdur.
Yeganə məsələ odur ki, “Şimal Alyansı”nı yenidən bərpa etməyə çalışırlar, ancaq Rusiyanın bütün səylərinə baxmayaraq, bu alyansı bərpa etmək alınmır. Çünki vaxtilə “Şimal Alyansı”nın əsas özəyini yaradan özbəklər, taciklər, türkmənlər və onların rəhbərləri Əşrəf Qani hökuməti ilə anlaşmışdılar.
Onların özləri də korrupsiyada iştirak edib, böyük maliyyəyə sahib olublar. Sıravi özbək, türkmən və taciklər isə daim əziyyət çəkib, sosial vəziyyətləri ağır olub. Ona görə də onlar etnik zəmində olsa belə, öz liderlərini müdafiə etmədilər. Bu baxımdan Rusiya və başqa qüvvələrin yenidən “Şimal Alyansı”nı diriltmək cəhdləri inandırıcı deyil”.
T.Rzayevin sözlərinə görə, “Taliban”ın özünü necə aparacağı şübhəlidir. Çünki çox fərqli fikirlər var:
“Bəziləri düşünür ki, “Taliban”ın üzərində Pakistanın təsiri var və Pakistan Çinlə müttəfiq olduğuna görə Çin “Taliban”ı razı salıb Böyük İpək yolunu bərpa edəcək. Digərləri isə düşünür ki, ABŞ oradan çıxarkən özü “Taliban”la anlaşıb, bundan sonra İrana və Orta Asiyaya hücum etmək, Rusiyanı və İranı zəiflətmək, hətta Çindəki uyğur məsələsinə müdaxilə edib Çini də zəiflətmək istəyir.
Başqa bir nüans da diqqəti cəlb edir: Əfqanıstan Mərkəzi Bankının cəmi 9 milyard dollar pulu var. “Taliban” isə bu vəsaitin yalnız 20-30 milyonunu normal şəkildə istifadə edə bilər. Digər pullar Amerikanın nəzarətindədir və ABŞ-ın məhz bu vəsaiti vermək müqabilində “Taliban”dan istəkləri ola bilər.
Yəni Amerika öz şərtlərini diqtə edər və “Taliban”ı məcbur edər ki, özü istəməsə belə, məhz İran, Qırğızıstan və Özbəkistan sərhədinə hücum edərək Orta Asiyanı, dolayısı yolla Rusiyanı qızışdırsın. İnsanlar düşünür ki, “Taliban”nın Əfqanıstanda hakimiyyətə gəlməsi Mərkəzi Asiyada, Rusiya və İranda stabilliyi pozacaq. Amma eyni vaxtda bəzi qüvvələr isə sırf Çinin Pakistan vasitəsilə “Taliban”la barışığa getməyinə çalışır. Rusiya və İran da adıçəkilən rejimlə əlaqələrini sağlam tutmağa çalışır ki, “Taliban”ı onlara qarşı istifadə edə bilməsinlər.
Ona görə hələlik Əfqanıstandakı hadisələrin nəticələri ilə bağlı proqnoz vermək çətindir. “Taliban” öncə Əfqanıstanda sabitliyi bərpa edəcək, yoxsa qonşu ölkələrdə öz ideyalarını yaymağa çalışacaq? Hazırda bu sualın cavabını tam olaraq bilmirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm