““Taliban” Rusiya, Çin və İran üçün ciddi təhlükədir”
Banuçiçək Kalbalıyeva
10:22 23.08.2021
Dünya
661
“Bu radikal qruplaşma Şərqi Türküstana, oradakı milli oyanışı da təsir göstərəcək”
““Şimal alyansı” ilə Şərqi Türküstandakı qruplaşmalar arasında əlaqələr yarana bilər”
“Bu isə dediyim kimi, Çin üçün ciddi təhlükədir. Eyni zamanda Orta Asiyanın təhlükəsizliyi də təhdid altındadır”
Əfqanıstanda siyasi hakimiyyəti ələ keçirən “Taliban” silahlıları Pəncşir vilayətində müqavimət qüvvələrini mühasirəyə götürüb. Bu barədə “Taliban”ın sözçüsü Zabihullah Mücahid öz “Twitter” səhifəsində məlumat yayıb. O, qeyd edib ki, “Taliban” məsələni sülh yolu ilə nizamlanmağa çalışır.
Artıq dünya liderləri Talibanı müzakirə etməyə başlayıblar. Münasibətlər təxmini məlumdur. Qaranlıq məqam isə yeni hakimiyyətin gələcəyi ilə bağlıdır.
Odur ki, “Sherg.az” olaraq BDU-nun Jurnalistika fükaltəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli ilə mövcud vəziyyəti müzakirə etdik:
- Sizcə, sözügedən radikal qruplaşma Əfqanıstanda nə qədər dayanıqlı olacaq?
- “Taliban”ın ölkədə sabitlik yarada bilməyəcək.
- Niyə belə düşünürsünüz?
- Bunun bir çox səbəbləri var. Əvvəla, məsələ dinin dövlət idarəçiyindəki rolu ilə bağlıdır. “Taliban” liderləri loyal bəyanatlar səsləndirsələr də, “Taliban” mahiyyət etibarı ilə dini radikalizmdir. Və bu, öz mənfi təzahürünü göstərəcək. Dünya birliyi adətən dini radikalizm üzərində qurulan dövlətləri qəbul etmir. Həm də insansanlar ölkədə dünyəvi dəyərlərin üstünlüyünü pis-yaxşı anlayıblar. Həmçinin “Taliban” liderləri özləri də bilirlər ki, ölkəni idarə etməkdən ötrü lazımi intellektə sahib deyillər. Bunu onların bəyanatları, davranışları da göstərir. “Taliban” yalnız bir halda sabitliyə nail ola bilər.
- Necə?
- Özbək lideri Əbdürrəşid Dostum artıq proseslərə qarışıb. Təbii ki, o, Türkiyənin arxasında olduğunu hiss edir. İndi əsas məsələ Qərbin bu qüvvələrə nə qədər dəstək göstərəcəyidir. Əgər lazımi dəstək olsa, mübarizə uzanacaq. Ümumiyyətlə, regiondakı etnik qruplar arasında mübarizə həmişə uzun çəkib. Onu da deyim ki, yeni hakimiyyətədək valiləri Əbdürrəşid Dostum təyin edirdi. Deməli, arxasında müəyyən qüvvənin olduğunu bilirdi. İndi tərəflər arasında razılıq əldə edilsə, koalisyon hökumət formalaşsa, sabitlik yaranacaq. Əks halda daxili ziddiyətlər davam edəcək.
- Bundan sonra ABŞ-Əfqanıstan münasibətləri necə olacaq?
- Qərb daxildəki bütün etnik qrupları öz nəzarətində saxlaya bilməyəcək. Daxildə ciddi ictimai axın var. Puştun millətçiyi, “Şimal alyansı” adlanan tacik, özbək və xəzərlərin mövcudluğu ölkədə ayrı-seçkiliyə səbəb olacaq. Xüsusilə nəzərə almaq lazımdır ki, “Şimal alyansı” tarix boyu milli varlığını qorumağa meyilli olub və onları heç bir qüvvə asanlıqla sıxışdırmağı bacarmayıb.
- Əfqanıstandakı yeni hökumət dünya üçün nələr vəd edir?
- Əlbəttə, ən çox narahat olanlardan biri Rusiyadır. Çünki həmin dövlətə qarşı bu hərəkatdan istifadə ediləcək. “Taliban” həm də Çin və İran üçün ciddi təhlükədir. Radikal qruplaşma Şərqi Türküstana, oradakı milli oyanışı da təsir göstərəcək. “Şimal alyansı” ilə Şərqi Türküstandakı qruplaşmalar arasında əlaqələr yarana bilər. Bu isə dediyim kimi, Çin üçün ciddi təhlükədir. Eyni zamanda Orta Asiyanın təhlükəsizliyi də təhdid altındadır.
- ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması çoxlarını təəccübləndirib…
-Məncə, burada təəccüblü bir hal yoxdur. Böyük dövlətlər də səhv edirlər. Tarixdə belə hallar çox olub. Muzdlu əfqan qoşununun yaradılması həm Baydenin, həm də özündən əvvəlki siyasətçilərin səhvi idi. Məhz təslimçilik əhval-ruhiyyəsi, mövcud durumun real qiymətləndirilməməsi nəticəsində 78 minlik ordu 300 minlik qoşuna qalib gəldi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz