““Taliban” Rusiya üçün ciddi problemlər yarada bilər”
Fidan Həmişəyeva
14:58 26.08.2021
Dünya
860
“Söhbət Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan gedir”
“Həmin ölkələr Əfqanıstanın qonşuluğunda yerləşir və onların hər birində Rusiyanın hərbi bazaları var”
“Taliban” silahlı qruplaşması Əfqanıstanın böyük bir hissəsini ələ keçirib. Çin, Pakistan və Səudiyyə Ərəbistanı Əfqanıstan İslam Əmirliyini, yəni “Taliban” rejimini rəsmən tanıyıb. Lakin adıçəkilən rejimi tanımayan ölkələr da var. Onlar müəyyən arqumentlər irəli sürərək “Taliban”ı tanımadıqlarını qeyd edirlər. Çexiya prezidenti Miloş Zeman “Taliban”ı terrorçu qurum adlandıraraq, onunla danışıqların əleyhinə çıxış edib.
Siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov Əfqanıstandakı proseslərin regiona və digər ölkələrə təsiri , nə ilə nəticələnəcəyi barədə
“Sherg.az”a danışıb. Parlament üzvü qeyd edib ki, Əfqanıstanda baş verən mürəkkəb hadisələr dünyanın diqqətində saxladığı ən əsas məsələlərdən biridir:
“1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı yenidən hakimiyyətə qayıdışını təmin edib. Prinsip etibarilə onların Əfqanıstanda hakimiyyəti bir neçə amil olmasaydı, elə də təhlükə mənbəyi sayılmaya bilərdi. Məsələn, qorxulu cəhət odur ki, “Taliban”nın hakimiyyətdə olduğu müddətdə Əfqanıstanın şimal hissəsində Əl-Qaidə və İŞİD terrorçularının, Suriya, İraq və digər ərazilərdən gəlmiş müxtəlifyönlü terroçuların məskunlaşması prosesi baş verə bilər. Bunun ilkin elementləri göz qabağındadır. Artıq Suriyadan və İraqdan təxminən 500, Türkmənistan və Qırğızıstandan 500, Tacikistandan 1500 terrorçunun “Taliban”la əməkdaşlıq etdiyinə dair informasiyalar yayılımaqdadır. Əlbəttə, bu durum da çox təhlükəlidir. Yəqin Rusiyanın xüsusi xidmət orqanları daha böyük təşviş içərisindədirlər ki, qonşuluğunda “Taliban” rejiminin hakimiyyətə gəlməsi Rusiyanın Mərkəzi Asiyada olan müttəfiq dövlətləri üçün ciddi təhlükə yarada bilər. Söhbət Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan gedir. Həmin ölkələr Əfqanıstanın qonşuluğunda yerləşir və onların hər birində Rusiyanın hərbi bazaları var. Bu baxımdan Rusiya üçün də ciddi problemlər yarana bilər”.
E.Nəsirovun fikrincə, qorxulu olan digər tendensiya onunla bağlıdır ki, ABŞ Əfqanıstanda silahlı qüvvələrini yerləşdirərkən məqsədyönlü şəkildə əfqanlıların narkoticarətlə məşğul olmasına mane olmadılar:
“Səbəb də o idi ki, belə maneçilik yeganə gəlir mənbəyi olan narkotiklərin satışı və becərilməsi olan əfqanlar üçün arzuolunmaz idi. Amerika əfqanlıların bu fəaliyyətinə mane olardısa, çox ciddi təhlükə ilə üz-üzə qala bilərdilər. İndiki şəraitdə narkoticarətin daha geniş vüsət alması ilə bağlı təhlükə var.
“Taliban”ın bir çox şəriət qaydalarını idarə etməsi nəticəsində qadınlara münasibətdə atdıqları antiinsani davranışlar da müəyyən təhlükə və təhdidlər yaradır.
Ancaq reallıq ondan ibarətdir ki, “Taliban”lar Əfqanıstanda hakimiyyətə gəlib və ölkəni idarə etmək iddiasını ortaya qoyub. Əfqanıstanda sabitlik olacağına dair fikir söyləmək çox erkəndir.
Çünki əks qüvvələr də kifayət qədər çoxdur və Əfqanıstanın yenidən vətəndaş müharibəsi girdabına yuvarlanacağı barədə proqnozlar daha böyük aktuallıq kəsb edir.
Yəni bu gün Əfqanıstanda hamı bir-birinə düşmən gözü ilə baxır. Hələ ki, ölkənin reallığı bundan ibarətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm