Taylandda ağır cinayətlərin qurbanları arasında ekspatlar üstünlük təşkil edir

Taylandın Baş naziri Anutin Çanvirakun bildirib ki, ölkədə ağır cinayətlərə daha çox turistlər deyil, uzun müddət yaşayan xarici vətəndaşlar (ekspatlar) məruz qalır.

Sherg.az xəbər verir ki, baş nazir bu fikri 2026-cı ilin əvvəlindən Taylandda iki Rusiya vətəndaşının öldürülməsi ilə bağlı hadisələri şərh edərkən səsləndirib.

Çanvirakunun sözlərinə görə, ekspatlar turistlər üçün nəzərdə tutulan təhlükəsiz ərazilərdən kənara daha çox çıxdıqları üçün cinayət riskləri ilə üzləşə bilirlər. O qeyd edib ki, turist zonalarında xarici vətəndaşların təhlükəsizliyi və asayişin qorunması üçün nəzarət daha yüksək səviyyədədir.