Tehranda güclü partlayış səsləri eşidilib

İranın paytaxtı Tehran şəhərində güclü partlayış səsləri eşidilib.

APA-nın Tehran bürosunun xəbərinə görə, partlayış səsləri Tehranın bir çox yerində – cənubda, mərkəzdə və qərbdə eşidilib.

ABŞ və İsrail Hərbi Hava Qüvvələrinin Tehranda genişmiqyaslı hava əməliyyatı keçirdiyi bildirilir.

Tehranın bəzi yerlərində Hava Hücumundan Müdafiə sistemləri aktivləşib.