“The Economist”: “Dünyanın iki fövqəldövləti hərbi fəlakətdən cəmi bir addım uzaqdadır”
21:42 15.01.2022
Dünya
447
“Dünyanın iki fövqəldövləti hərbi fəlakətdən cəmi bir addım uzaqdadır”.
“Report” xəbər verir ki, bu barədə “The Economist” jurnalının məqaləsində deyilir.
Britaniya nəşri 2001-ci ilin aprelində baş vermiş hadisəni xatırladıb. Belə ki, Cənubi Çin dənizində Amerikaya məxsus EP-3 kəşfiyyat təyyarəsi Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus J-8II qırıcısı ilə toqquşub. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ciddi zədələnib və Çin təhlükəsizlik qüvvələrinin 24 ekipaj üzvünü saxlayıb dindirdiyi Haynan adasına icazəsiz enib.
Amerikanın Pekindəki səfiri Cozef Pruerin üzr istəməsindən sonra kəşfiyyatçılar sərbəst buraxılıblar. 2001-ci ildə hər iki hökumət qarşıdurmaya son qoymaq üçün risk aldı. Münaqişənin həllində müəyyən qədər bəxt də rol oynadı. Məqalədə deyilir ki, Ağ Evin o zamankı rəhbəri Corc Buş bu işi qeyri-adi təsir gücünə malik olan, tez və effektiv qərarlar qəbul etməyi bacaran dövlət katibi Kolin Pauele həvalə edib. Təcrübəli diplomat danışıqlar apararaq Vaşinqtonu yarana biləcək münaqişədən qoruya bildi. İyirmi ildən sonra daha qərəzli Konqres və media, şübhəsiz ki, ABŞ-ın Çinlə güzəştə getməsinə imkan verməyəcək.
Müəllifin fikrincə, hazırda rəsmi Pekin kəskin insident zamanı güzəştə getməyə hazır deyil. Hər iki tərəf öz məlumatlarını 2001-ci ildə hadisəni kiçildən, vəziyyəti sakitləşdirən telekanallardan deyil, kifayət qədər açıq onlayn nəşrlərdən alır. Ekspert Çjan Touşen bildirib ki, səmada baş verə biləcək qəzalarla bağlı Çinlə ABŞ arasında fikir ayrılıqları mövcuddur:
“Pekin israr edir ki, ABŞ öz təyyarələrini ölkə sərhədlərinə göndərməyi dayandırsın. 2021-ci ildən bəri Amerika və müttəfiqlərin kəşfiyyat təyyarələri ilə Çinin təyyarələri arasında bir neçə təhlükəli insident qeydə alınıb. Nə vaxtsa onlar fəlakətə gətirib çıxaracaq və bu problemi həll etmək xeyli çətinləşəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi