Tokayev və Putin regional məsələləri müzakirə ediblər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı beynəlxalq və regional gündəmin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçıları, həmçinin ticarət-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunublar.