Tokio Vaşinqtona sadiqdir
08:02 01.07.2021
Dünya
620
"Yaponiyanın təkcə Rusiya ilə deyil, Çinlə də münasibətləri yaxşı deyil"
Yaponiyanın Müdafiə naziri Nobuo Kisi Rusiya ordusunun Uzaq Şərqdəki fəaliyyətindən narahatlıq keçirdiklərini bəyan edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd edilir ki, o, Hokkaydo adasındakı Xiqasi-Titose Quru Özünümüdafiə Qüvvələri bazasını yoxlayarkən bu barədə söz açıb. Nazir Rusiyanın ötən ilin dekabrında Kunaşir və İturup adalarında zenit-raket kompleksləri yerləşdirdiyini də xatırladıb.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, Yaponiyanın narahat olmasının bir sıra səbəbləri var:
"İlk olaraq qeyd edim ki, Yaponiya Naqasaki və Hiroşima şəhərlərinə atom bombası atılmasından sonra Amerika Birləşmiş Ştatlarını bağışladı. Və o, ABŞ-ın Uzaq Şərqdəki ən etibarlı və sadiq tərəfdaşlarından birinə çevrildi. Bu gün Yaponiyanın xarici siyasət kursunda ABŞ-a və Qərbə inteqrasiya dövlətin əsas strateji siyasi xəttini təşkil edir".
Politoloq qeyd edib ki, tarixin müxtəlif dövrlərində Yaponiya və Rusiya arasında bəzi ərazilərlə bağlı, xüsusən kiçik adalarla bağlı mübahisələr olub:
"Bu baxımdan Yaponiyanın təkcə Rusiya ilə deyil, Çinlə də münasibətləri yaxşı deyil. Bütün bunları nəzərə alsaq Rusiyanın fəallaşması, rus hərbi arsenalının ərazisinin genişlənməsi Yaponiyanı ciddi narahat edir.
Bundan başqa bilirik ki, Rusiya dünyanın bir sıra coğrafiyalarında fəal şəkildə iştirak edir. Eyni zamanda Yaponiyanın müttəffiqi olan Amerika Birləşmiş Ştatları da bu fəallığı nümayiş etdirir. Sadəcə olaraq, son zamanlar Rusiya ilə bağlı Qərbdən səslənən narahatedici fikirlər, habelə Rusiyanın fəallığı Qərbi və ABŞ-ı narahat edir. Buna görə də onlar Yaponiyanın da mütəffiq olaraq ortaya mövqe qoymağını tələb edir.
Yəni Yaponiyanın bu narahatlığının ən başlıca səbəbi mütəffiqlərinə sadiq olduğunu göstərmək çabasıdır. Yaponiya göstərmək istəyir ki, o, Avropa Birliyinə və ABŞ-ın siyasətinə sadiqdir. Onlarla həmrəy olaraq Rusiyanı təhdid kimi qəbul edir. İkinci məsələ isə kiçik adalarla bağlı gələcəkdə problemin yaranmağını istəmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm