ABŞ Nuri əl-Maliki yenidən İraqın baş naziri postuna qayıdacağı halda Bağdada dəstəyini dayandıracaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.
Tramp yazıb ki, əl-Maliki əvvəlki hakimiyyəti dövründə ölkə yoxsulluq və total xaos vəziyyətinə sürüklənib. ABŞ lideri qeyd edib ki, bu ssenarinin yenidən təkrarlanmasına yol vermək olmaz.
“Əgər o, yenidən baş nazir seçilərsə, onun ağlasığmaz siyasəti və ideologiyası səbəbindən ABŞ artıq İraqa kömək etməyəcək. Bizim dəstəyimiz olmadan isə İraqın uğur, rifah və azadlıq şansı yoxdur”, – deyə Tramp vurğulayıb.