Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV

ABŞ Prezidenti Donald Tramp Kremli danışıqlar masasına oturtmaq üçün Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyaya qarşı daha cəsarətli hərəkət etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə “Kiyev İndependent” mənbələrə istinadla məlumat yayıb.

“Tramp artıq Putinin real danışıqlara razılaşacağına inanmır, ona görə də Zelenskini daha cəsarətli davranmağa çağırıb. Kiyevdə bunu ABŞ-ın artıq Ukraynanın daimi şəkildə cilovlanmasında israr etməyəcəyinə dair bir siqnalı kimi qəbul ediblər. Görünür, Zelenski Trampı Putini yalnız güc yolu ilə danışıqlara məcbur etmək mümkün olduğuna inandırıb”, - mənbə bildirib.