ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərini Hörmüz boğazının müdafiəsinə qoşulmağa məcbur etmək üçün Ukraynaya silah tədarükünü dayandıracağı ilə hədələyib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Tramp hələ mart ayında NATO-dan Hörmüz boğazının yenidən açılmasına kömək tələb etmişdi. Avropa ölkələri bundan imtina edib. Tramp buna cavab olaraq Avropanı Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutan NATO təşəbbüsü olan PURL proqramından çıxmaqla hədələyib.
Qısa müddət sonra NATO-nun baş katibi Mark Rutte 19 martda alyansın əsas ölkələri - Fransa, Almaniya və Böyük Britaniyanın Hörmüz boğazından təhlükəsiz keçidi təmin etməyə hazır olduqlarını bildirən birgə bəyanat yayıb.
Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri ilə telefon danışığı zamanı NATO baş katibi Mark Rutte Trampın avropalıların Hörmüz boğazını qorumaqdan imtina etməsindən qəzəbli olduğunu deyib.