Tramp: İran rəhbərliyi bəşəriyyətə qarşı cinayətlərə görə mühakimə olunmalıdır

İran uğursuzluğa düçar olmuş bir ölkədir.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“İran ölüb. Onların Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, valyutaları yoxdur. Hərbçi və polislərin maaşını ödəyə bilmirlər, inflyasiya 300%-dir və İran rəhbərliyi tamamilə dağınıq vəziyyətdədir”, - Tramp qeyd edib.

O, İran rəhbərliyinin ölkəni normal qaydada təmsil etmək iqtidarında olmadığını bildirib.

O, İranda hakimiyyət əleyhdarlarının öldürülməsinə də toxunub. Tramp 100 mindən çox insanın öldürüldüyünü iddia edib.

“İran rəhbərliyi bəşəriyyətə qarşı cinayətlərə görə mühakimə olunmalıdır”, - Tramp vurğulayıb.