Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtona göndərdiyi mümkün razılaşmaya dair sənədin ilk cümləsini “qəbuledilməz” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Ona baxdım. Əgər ilk cümlə xoşuma gəlmirsə, kənara atıram” – Tramp deyib.

İran göndərdiyi sənəddəki ilk cümlənin nə olduğu soruşulanda ABŞ Prezidenti orada qəbuledilməz təklif olduğunu vurğulayıb.

Mayın 10-da İran Pakistan vasitəsilə ABŞ-nin təkliflərinə cavabını təqdim edib. Məlumata görə, Tehran Vaşinqtonun israr etdiyi kimi nüvə obyektlərinin sökülməsini rədd edib. İran uranın zənginləşdirilməsinin dayandırılmasına razılıq verməyə hazır olduğunu bildirsə də, ABŞ-nin tələb etdiyi 20 il ərzində deyil.