Tramp İrlandiya viskisinə tətbiq olunan ABŞ gömrük rüsumlarını ləğv etmək istəyir

ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ tərəfindən İrlandiya viskisinə tətbiq edilmiş gömrük rüsumlarını ləğv etməyi planlaşdırdığını bildirib.

Sherg.az xəbər verir ki, ABŞ lideri bu açıqlamanı İrlandiyada özünə məxsus qolf klubunda çıxışı zamanı verib.

Trampın sözlərinə görə, bəzi şəxslər ondan İrlandiya istehsalı olan sərt alkoqollu içkilərə tətbiq edilən gömrük rüsumlarının ləğv olunmasını xahiş ediblər.

“Amerika Birləşmiş Ştatları adından bu rüsumları ləğv etmək niyyətində olduğumu bəyan edirəm”, - deyə Ağ Evin rəhbəri bildirib.