Tramp üçün gizli uçuş: CIA İsrailin İran təhdidi məlumatına inanmadı

ABŞ Prezidenti Donald Trampın Ankaradakı NATO sammitindən sonra gizli şəkildə təyyarə dəyişməsi ilə bağlı yeni detallar üzə çıxıb. “Washington Post” yazır ki, İsrail kəşfiyyatının Trampa qarşı İran mənşəli sui-qəsd təhdidi barədə məlumatını CIA analitikləri inandırıcı hesab etməyib.

Buna baxmayaraq, təhlükəsizlik tədbirləri gücləndirilib. Tramp Ankarada əvvəlcə “Air Force One”a minib, daha sonra isə gizli şəkildə hava limanının iaşə maşını ilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-32A təyyarəsinə aparılıb.

Tramp bildirib ki, təyyarənin dəyişdirilməsi qərarını Məxfi Xidmət verib: “Mən sadəcə onların dediklərini edirəm.”