Tramp və Zelenskinin G7 sammiti çərçivəsində görüşü hələ təsdiqlənməyib

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski iyunun 16-da keçiriləcək "Böyük Yeddilər"in (G7) sammitinin işçi görüşündə iştirak edəcəklər, amma onların rəsmi ikitərəfli görüşü planlaşdırılmır.

Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" (AFP) agentliyi ABŞ-nin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Zirvə görüşü 15-17 iyun tarixlərində Fransanın Evian (Haute-Savoie) şəhərində keçiriləcək.