Tramp yeni saç rəngi ilə ictimaiyyəti şoka salıb

ABŞ prezidenti Donald Tramp Air Force One təyyarəsindən Morristaun şəhərində (4 sentyabr 2026) düşdükdən sonra əl edir. Nyu-Cersi.

Donald Tramp yenilənmiş görünüşü ilə ictimaiyyəti təəccübləndirib. Özünün gur, qızılı-sarı saçları ilə tanınan ABŞ prezidenti saçlarını şabalıdı rəngə boyadıb.

Sherg.az xəbər verir ki, Amerika liderinin yeni saç düzümü Nyu-Cersidəki qolf klubuna gəldikdən sonra hava limanında diqqət çəkib. Bu barədə "New York Post" yazır. Bununla belə, onun özünəməxsus yan ayrımı və çolka saç düzümü dəyişməz qalıb.

ABŞ prezidenti Donald Tramp Air Force One təyyarəsindən Morristaun şəhərində (4 sentyabr 2026) düşdükdən sonra əl edir. Nyu-Cersi.

Tramp daha əvvəl etiraf etmişdi ki, başının arxa hissəsindəki keçəlliyi gizlətmək üçün saçlarını bilərəkdən uzadır.