Tramp Zelenskiyə hava hücumundan müdafiə raketləri vəd etməyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Kiyevə hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü ilə bağlı konkret öhdəlik ala bilməyib.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın ABŞ-dəkı səfiri Olqa Stefanişina bildirib.

“ABŞ-də sursatların ümumi çatışmazlığı səbəbindən konkret öhdəlik götürülməyib”, – diplomat deyib.

Qeyd edək ki, Zelenski Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi genişmiqyaslı zərbələrdən sonra Qərb ölkələrini hava hücumundan müdafiə vasitələrinin tədarükünü sürətləndirməyə çağırıb.