
“Türk” kəlməsi həyatını dəyişdi, MÜSƏLMAN OLDU
Yusif Nəzərli
08:12 22.03.2024
Dünya
522
Nyo-Yorkun Chester bölgəsində anadan olan, 17 yaşınadək xristian ailədə böyüyən Holly Mara “türk” kəlməsini duyduöu andan həyatı dəyişib. Ona türklüyü, müsəlmanlığı, həzrəti Mövlananı türk mənşəli dostu anladıb.
Sonrasını “Sherg.az” “Milliyet.com.tr”yə istinadən təqdim edir. Holli Mara 1985-ci ildə Nyu-Yorkda anadan olub. Uşaqlıq illərindən incəsənətə marağı yaranıb. Nyu-Yorkda dostlaşdığı bir türk ona Türkiyə, həzrəti Mövlana dünyası haqqında danışıb. Holli Mara eşitdiyi türk kəlməsinin həyatını bütünlüklə dəyişdiyini söyləyir: “Türk kəlməsini ilk dəfə dostumdan eşitdim. Mövlananın kitablarını oxumağa başladım. 16 yaşına qədər dünya, həyat haqqında məlumatlarım çox az idi. Bunlar barədə heç düşünməmişdim. Amerikalıların əksəriyyəti belədir; özümüzü, ölkəmizi çox böyük gördüyümüz üçün digər ölkələr, fərqli mədəniyətlər haqqında düşünmürük, bilgi əldə etmirik. Belə zənn edirik ki, bizim olan ən yaxşısıdır. Amma türk dostum mənə türklər, Türkiyə, islam, Mövlana haqqında danışdıqca məndə bunları yaxından tanımağa maraq yarandı. Hələ universitetdə təhsil alarkən daxilimdə bir boşluq hiss edirdim, başqa bir yol axtarırdım, bunun səbəbi mənə məlum deyildi. Xristianlıq mənim daxili aləmimə yetərli gəlmirdi. İslamı blmidim, amma “Heç kim Tanrının övladı, oğlu ola bilməz, həzrəti İsa da olsa belə”, deyə düşünürdüm. Çinə səfər etmişdim, buddizmlə tanış olmuçdum, yəhudi dostarım vardı, onlar iudaizm barədə məlumat verirdilər. Lakin buna mənə kifayət etmirdi. Hiss edirdim ki. nəsə çatışmır. Nələrsə arada qırılır, tam deyil, başa çatmır. Çində olarkən oradakı qədim bir məscidə getdim. İmamın danışığı və orada görüb hiss etdiklərim mənə dərindən təsir etdi. Səfərim haqqında qeydlər edirdim və ən çox yadımda qalan kəlmə “hüzur” idi”. Holli bu illər ərzində müsəlmanlığı, islamı axtardığını və nəhayət onu tapdığını Çində anlayıb: “dostlarımın danışıqlarını, davranışlarını xatırladım və “doğru yol budur”, qərar verdim. İslamı qəbul etdim və bu qərarım mənə çox məntiqli göründü”. Holli Mara ABŞ-də bir türklə evlənib. Birlikdə Türkiyəyə səfər ediblər.

Holli Türkiyəni çox sevdiyini deyir: “Dostlarımız mənə “sən bizdən artıq türk, msəlman olmusan, deyib gülüşürlər”. Hər yay həyat yoldaşı ilə birlikdə Türkiyəyə gəlir, uzun müddət qalıb yenidən ABŞ-yə dönürlər. Hollinin türk insanına heyranlığının səbəbi səmimiyyət, mehribanlıq, insanpərvərlikləri, çalışqan olmalarıdır: “Türkiyə bir neçə mədəniyyəti eyn zamanda özündə birləşdirən gözəl ölkədir. Hər gün yeni bir şey öyrənirəm. İnsanları çox qonaqpərvərdir. Türkiyə mərhəmətli ölkədir”. Holli Mara ən çox ona “nədən hicab taxırsan” soruşulduğunu dedi: “Məndən bunu çox soruşurlar. Mən hicabı öz şəxsi istəyimlə və məntiqli olaraq seçmişəm. Avropada, Amerikada insanların zahiri gözəlliyinə çox önəm verilir. Daxili aləmi kölgədə qalır. Mənsə qoy daxilimlə, ruhumla maraqlansınlar, məqsədi ilə hicab geyiminə keçmişəm. Ruhuma, beynimə, ağlıma qiymət versinlər, zahiri gözəlliyimı deyil. Həm də, məsələn, ABŞ-də olarkən bu geyimdə gəzərsəm məndən bu haqda soruşanlar ola bilər, mən də onlara islamı anladaram, bu da mənim islama kiçik xidmətim olar, düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə