Türkiyə ədalətli dünya nizamının tərəfdarıdır - Ərdoğan
04:17 27.12.2021
Dünya
856
Türkiyə beynəlxalq münasibətlərdə və iqtisadiyyatda hər hansı diqtə və ayrı-seçkilikdən uzaq, ədalətli dünya nizamının tərəfdarıdır.
Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti bildirib: "Türkiyənin “Dünya beşdən çoxdur” şüarı ilə apardığı mübarizə istər beynəlxalq münasibətlərdə, istərsə də iqtisadiyyatda istismar və zülmə əsaslanan dünya nizamını dəyişməyə yönəlib".
Onun sözlərinə görə, son iki əsrdə bəşəriyyət böyük transformasiya yaşayıb və bu, tərəqqi ilə yanaşı, ənənəvi dəyərlərin itirilməsi ilə müşayiət olunub: "Müasirləşmə ilə yanaşı insanların öz mənşəyinə, ətraf mühitə və yer üzündə birgə yaşadıqları digər canlılara münasibəti də dəyişib. Sağlam olmayan "insan insanın canavarıdır" prinsipi əsasında yanaşması elə bir sistem yaradıb ki, orada yalnız güclülər sağ qalır".
Dövlət başçısı bildirib ki, “müasir Qərbdən kənarda olanlar", ilk növbədə Afrika sakinləri və bu qitədən olan gəlmələr “bu zehniyyətin nümayəndələri” tərəfindən zülmə, təkəbbürlü münasibətə və müstəmləkəçiliyə məruz qalıblar.
Türkiyə prezidenti vurğulayıb ki, bəşəriyyətin son iki əsrdə üzləşdiyi bir çox bəlaların arxasında “insanları əmtəəyə çevirən, təbiətini tapdalayan təkəbbürlü düşüncə” dayanır.
Dövlət başçısı təəssüflə qeyd edib ki, yalnız güclülərin yaşamaq hüququnu tanıyan bu cür yanaşma bu gün də davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region