Türkiyə-İsrail əlaqələri bərpa olunur
Yusif Nəzərli
03:20 17.02.2022
Dünya
1290
Münasibətlərin normallaşmasında Azərbaycanın da rolu var
İsrail Prezidenti İshaq Hersoq martın 9-10-da Türkiyəyə səfər edəcək. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yanvar ayında elan etmişdi ki, Hersoq Ankaraya səfər edə bilər. Yanvarın 20-də Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə israilli həmkarı Yair Lapid arasında 13 ildən sonra baş tutan telefon danışığı da diqqət çəkmişdi. İki ölkə arasında 2010-cu ildən Fələstin məsələsində gərginlik yaşanır. Siyasi əlaqələr kəsilsə də, iqtisadi münasibətlər davam edir. Məhz iqtisadi əlaqələr və dəyişən geosiyasi maraqlar yenidən siyasi əməkdaşlığın qurulmasını zəruri edir.
Politoloq Turan Rzayev “Şərq”ə bildirib ki, İsrail-Türkiyə münasibətlərinin normallaşması həm də Türkiyənin enerji siyasəti ilə bağlıdır. Ekspert vurğulayıb ki, Türkiyə regionda enerji daşıyıcısı olmaq niyyətindədir:
“İsrail də öz növbəsində “Tamar” və “Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin nə Avropa ilə, nə də Türkiyə ilə birbaşa quru bağlantısı var.
Bunu Ankara da yaxşı bilir. Türkiyə enerji ölkəsi deyil. Əksinə, təbii qaz asılılığı olan ölkədir. Bununla belə Ankara daşıyıcı ölkə olaraq İsrail qazını Avropaya daşıya bilər. Bu istiqamətdə İsrailin “EastMed” layihəsi yenidən gündəmə gəlir. Əgər uzunluğu 1900 km olan və Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql etmək potensialına malik qaz kəməri reallaşarsa, İsrail Avropa bazarına çıxış əldə edər. Layihə ilə bağlı əsas problemlərdən biri “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməklə Avropaya qaz ixracını nəzərdə tutmasıdır. Türkiyənin İsraillə bu məsələdə uzlaşmaq istədiyi görünür. Ankara “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə, onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini arzulayır. Hersoqun Türkiyəyə səfəri zamanı tərəflər arasında əsas müzakirə mövzusu bu olacaq”.
“Türkiyənin Fələstin siyasəti dəyişəcəkmi” sualına isə analitikin cavabı belə olub: “Ankaranın bu məsələdə mövqeyi dəyişməz qalacaq. Türkiyənin Qüdsün İsrailin paytaxtı olması məsələsi ilə barışacağını gözləmirəm. Ancaq bu məsələnin tərəflər arasında gərginlik predmeti olacağını da zənn etmirəm. Türkiyə qədər İsrail də münasibətlərin normallaşmasını istəyir. Rəsmi Təl-Əviv təkcə Türkiyə ilə deyil, həm də ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq arzusundadır”.
T.Rzayevə görə, Türkiyə-İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın da rolu var:
“İsrail-Türkiyə münasibətlərinin pisləşməsi Bakıya da sərf etmir. Hətta deyərdim ki, Qarabağın işğaldan azad edilməsi İsrail-Türkiyə gərginliyinə görə bir neçə il yubandı. Türkiyə və Azərbaycan qardaş ölkələrdir. İsrail də Bakının ən yaxın və etibarlı strateji tərəfdaşıdır. 2010-cu ildən bəri Azərbaycanın ayrılıqda İsrail və Türkiyə ilə münasibətləri inkişaf etdirməsi paralel olaraq iki ölkə arasında uzlaşma yolları axtarması nəticədə öz bəhrəsini verdi. Rəsmi Bakı 44 günlük müharibə zamanı həm Türkiyəyə məxsus “Bayraqdar”, həm də İsrailin “Harop” tipli PUA-larından istifadə etdi. Faktiki olaraq müharibə zamanı iki əks mövqeli ölkənin Qarabağ məsələsində ortaq məxrəcə gəldiyini göstərdi. İki ölkə də rəsmi Bakıya müharibə zamanı tam dəstək ifadə etdi. Azərbaycan göstərdi ki, İsrail və Türkiyə nəinki ortaq hərəkət edə bilər, hətta yenidən əməkdaşlıq qura da bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol