Türkiyə sahillərində naməlum döyüş dronu aşkarlandı

Türkiyənin Qara dəniz sahilində yerləşən Kapısuyu çimərliyində döyüş sursatı ilə təchiz olunmuş pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatı Bartın və Kastamonu vilayətləri arasında yerləşən Kapısuyu çimərliyində tapılıb.

Hadisədən sonra jandarma qüvvələri ərazini mühasirəyə alaraq çimərliyi boşaldıb. PUA-nın aşkar edildiyi zonada gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Agentliyin məlumatında bildirilir ki, pilotsuz aparatın mənsubiyyəti hələ müəyyən edilməyib.

PUA-nın araşdırılması və zərərsizləşdirilməsi üçün hadisə yerinə istehkamçı mütəxəssislər cəlb olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.