Türkiyə-Yunanıstan: Düşmənçiliyi alovlandıran səslər kəsiləcək?
Yusif Sultanoğlu
04:04 05.12.2023
Dünya
626
Türkiyə və Yunanıstanın aralarındakı problemlərin qalıcı həlli üçün qapı açmaq əzmində olduqları hiss olunur
ABŞ Türkiyə ilə Yunanıstanın arasını vurmağa çalışır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Ərdoğan bildirib ki, aralarındakı məsafənin bu qədər yaxın olmasına baxmayaraq, iki ölkənin hələ də düşmənçiliyi alovlandıran səslərlə yürüş etməsi düzgün deyil: “Digər tərəfdən, bizləri kim qəzəbləndirir? Bu nöqtədən baxdığımızda başda ABŞ olmaqla, bəzi dairələr hər iki ölkəni bir-birinə qarşı qoymağa çalışırlar. Pulunu ödədiyimiz halda Türkiyəyə F-16-lar göndərmirlər, ancaq Yunanıstana hələ də sözügedən qırıcıları göndərirlər. ABŞ bunu edir deyə, biz də geri çəkiləsi deyilik". Türkiyə lideri vurğulayıb ki, dekabrın 7-də Yunanıstana səfər edəcək: "Qarşı tərəflə oturub bir sıra məsələləri müzakirə edib, həll yolunu tapacağıq. Təbii ki, bizim fikir ayrılıqlarımız var və elə dərin məsələlər mövcuddur ki, onları bir anda həll etmək mümkün deyil. Bununla belə, dərhal həll edə biləcəyimiz və əməkdaşlığın əsasını genişləndirəcək məsələlər də var”.
Ərdoğanın açıqlamasını "Sherg az"a dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yaxşılaşma ehtimalı Ankaranın ABŞ-dən almağı ümid etdiyi F-16 döyüş təyyarələri ilə bağlı prosesə müsbət təsir göstərə bilər. Ekspertin fikrincə, Egey və Şərqi Aralıq dənizində sabitlik və əməkdaşlıq mühiti, şübhəsiz ki, Türkiyənin ABŞ və Aİ ilə münasibətlərinə də təsirsiz ötüşməyəcək:
"Hər iki tərəfin maraqlarını diplomatiya və beynəlxalq hüquq yolu ilə qoruyacaq həll yolunun tapılması məsələsində konsensusun əldə edildiyi görünür. Düzdür, tərəflər arasında problemlər dərin köklərə malikdir və asanlıqla həll edilə bilməz. Buna baxmayaraq, regional qeyri-sabitliyin artdığı bir vaxtda Türkiyə və Yunanıstanın aralarındakı problemlərin qalıcı həlli üçün qapı açmaq əzmində olduqları hiss olunur. İki ölkə arasında ticarət həcminin artırılması, Egey dənizindəki miqrant böhranının ortaq ağıl çərçivəsində həll edilməsi, iqlim böhranının səbəb olduğu meşə yanğınları kimi mövzularda daha sıx əməkdaşlıq, iki ölkə arasında turizm fəaliyyətinin artırılması və terrorizmə qarşı daha sıx əməkdaşlığın qurulması planlaşdırılan hədəflər arasındadır".
Analitik qeyd edib ki, Türkiyə FETÖ, PKK və DHKP-C kimi terror təşkilatlarına qarşı mübarizədə qonşusu Yunanıstandan daha çox əməkdaşlıq tələb edir:
"İki ölkənin 1952-ci ildən NATO üzvü olduğunu nəzərə alsaq, bu tələb tamamilə başadüşüləndir. Türkiyə və Yunanıstan eyni bölgədə yaşayan və taleyi bir-birindən təsirlənən iki mühüm ölkədir. Orta və uzunmüddətli perspektivdə hədəflənən qalıcı sülhün ortaya çıxmasına sistem səviyyəsində yaşanan geosiyasi gərginliklər və böyük dövlətlər arasında rəqabət mühiti təsir göstərir. Lakin Ankara və Afinanın etməli olduğu şey problemlərə “qonşuluq” prizmasından yanaşmaq və qeyri-regional aktorların strateji oyunlarının bir hissəsi olmamaqdır. Bu şüur Türkiyədə çoxdan görünməyə başlayıb. Ümid edək ki, bunu Türkiyənin qonşusu Yunanıstanda ən qısa zamanda görə biləcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm