Türkiyədə çip istehsalı müəssisələrinin yaradılması planlaşdırılır

Türkiyə şəxsiyyət vəsiqəsi və pasportlarda, eləcə də sənaye sahələrində istifadə olunan çiplərin ölkə daxilində istehsalını təmin edəcək müasir istehsal müəssisələrinin yaradılması və milli layihələr ilə qlobal çip yarışında önə çıxmağı hədəfləyir.

AZƏRTAC xəbər verir ki, 2027-2029-cu illər üzrə nəzərdə tutulan Ortamüddətli Proqram çərçivəsində çip istehsalı müəssisələrinin yaradılması, həmçinin sektorda AR-GE, dizayn və kommersiyalaşdırma imkanlarının inkişaf etdirilməsi planlaşdırılır. Beləliklə, şəxsiyyət vəsiqəsi və pasportlarda, eləcə də sənaye tətbiqlərində istifadə olunan çiplərin ölkə daxilində istehsalı təmin ediləcək.