"Türkmənistan-Əfqanıstan sərhədindəki vəziyyətlə bağlı qərəzli məlumatlar yayırlar”
14:51 11.07.2021
Dünya
718
Türkmənistan XİN Əfqanıstanla sərhəddə yerləşdirilən hərbi texnika ilə bağlı iddialara cavab verib
Türkmənistan Xarici İşlər Nazirliyi Əfqanıstanla sərhəddə yerləşdirilən hərbi texnika ilə bağlı məlumatları təkzib edib.
APA bildirir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, bəzi KİV-lərdə Türkmənistan-Əfqanıstan sərhədinə hərbi texnikanın çəkilməsinə dair yayılan məlumatlar həqiqətə uyğun deyil:
“Son günlərdə bir sıra Rusiya KİV-ləri Türkmənistan-Əfqanıstan sərhədindəki vəziyyətlə bağlı yoxlanılmamış və açıq qərəzli məlumatlar yayırlar”.
Xarici İşlər Nazirliyi, Türkmənistan və Əfqanıstan xalqlarının qardaş olduğunu bildirib və iki dövlətin sərhədini "dostluq və əməkdaşlıq sərhədi" kimi adlandırıb. Açıqlamada o da qeyd olunub ki, Türkmənistan Müdafiə Nazirliyinin məlumatına görə, sərəncamında olan bütün hərbi hissələr, şəxsi heyət və hərbi texnika daimi yerlərindədir və nəzərdə tutulmuş proqrama uyğun olaraq planlı təlimlər davam etdirilir.
Nazirlik Aşqabadın qardaş Əfqanıstanla dinc və mehriban qonşuluq əlaqələrini qorumağa və gücləndirməyə çalışdığını vurğulayıb. Onlar insanları bu cür dezinformasiyadan qaçmağa çağırıb:
"Türkmənistan uzun müddət əziyyət çəkən Əfqanıstan torpağında sülhün bərpası üçün siyasi və diplomatik mexanizmlərin və vasitələrin axtarılmasının və həyata keçirilməsinin tərəfdarıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət