Uitkoff bu gün Moskvaya gəlir

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna üzrə dialoqu davam etdirmək üçün dekabrın 1-də Moskvaya gələcək.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Qeyd edək ki, ötən gün Florida ştatında ABŞ rəsmiləri Ukrayna nümayəndə heyəti ilə görüşərək, sülh planını müzakirə edib.