Uitkoff Ukraynaya "Tomahavk" əvəzinə bunu təklif etdi

ABŞ Ukraynaya "Tomahavk" raketləri əvəzinə gömrük rüsumlarından 10 il müddətinə azad olunmağı təklif edib.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"Ukrayna iqtisadiyyatı üçün belə bir güzəşt raketlərin tədarükündən daha faydalı olardı. Rüsumların ləğvi maliyyə yükünü azalda bilər" - Uitkoff qeyd edib.

"Tomahawk" ABŞ istehsalı olan yüksək dəqiqlikli ortamənzilli qanadlı raketdir. O, sualtı və quru bazalardan istifadə üçün nəzərdə tutulub. Sürəti 885 km/saat, zərbə radiusu isə 1250–2500 km təşkil edir.