Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi: “Rusiya Ukraynaya hücuma hazırlaşır”
16:54 21.11.2021
Dünya
443
"Sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəlində Ukraynaya hücum edə bilər".
APA-nın məlumatına görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Military Times” nəşrinə müsahibəsində bildirib.
K. Budanov Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını vurğulayıb: “Artilleriya və zirehli texnika ilə hücum Odessa və Mariupola desant endirilməsi ilə davam edəcək. Belarus sərhədindən də kiçik qüvvə ilə hücum olacaq. Bu hücum 14 minə yaxın ukraynalının həyatına son qoymuş 2014-cü ildəki münaqişə ilə müqayisədə daha dağıdıcı olacaq”.
Baş Kəşfiyyat İdarəsinin rəisi qeyd edib ki, hücum Ukraynada sabitliyi pozmaq və ölkənin mübarizə qabiliyyətini zəiflətmək üçün psixoloji əməliyyatlarla müşahidə olunacaq:
"Onlar hökumətə qarşı çıxmaq üçün insanları küçələrə çıxmağa təhrik etmək istəyirlər. Bu səylər Rusiyanın təşkil etdiyi COVİD-19-ə qarşı vaksinasiya əleyhinə aksiyaları da əhatə edir. Moskva iqtisadiyyat və enerji tədarükü sahəsində problemlər ətrafında da spekulyasiya edərək kütləvi aksiyaları alovlandırmaq istəyir. Rusiya Donbasda hərbi əməliyyatlara məsuliyyət daşımaqda ittiham olunan Vaqner qrupunun 30-a yaxın üzvünə qarşı Ukrayna xüsusi xidmət orqanlarının uğursuz əməliyyatını da aktiv şəkildə qabardır. Rusiya psixoloji əməliyyatı ilə Ukrayna hakimiyyətinin xalqı satdığı təəssüratı yaratmaq istəyir. Polşa və Belarus arasında qaçqın böhranı ilə bağlı yaşanan sərhəd münaqişəsi də bu səylərin tərkib hissəsidir”.
K. Budanov ABŞ və Ukrayna kəşfiyyatlarının Rusiyanın hücuma keçəcəyi müddətlə bağlı proqnozlarının da oxşar olduğunu qeyd edib.
Rusiyanın Böyük Britaniyadakı səfirliyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisinin açıqlaması ilə bağlı “Military Times” nəşrinin sualını cavablandırmayıb. Pentaqon da K. Budanovun proqnozuna münasibət bildirməkdən imtina edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya