Ukrayna ordusu Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasına zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, avqustun 12-nə keçən gecə zərbələr nəticəsində Rusiyanın dörd hərbi gəmisi - "Admiral Makarov", "Admiral Essen", "Buyan-M" kiçik raket gəmisi və "Vasili Bıkov" patrul gəmisi zədələnib.
Hücum zamanı liman və neft infrastrukturlarının bir sıra obyektləri də vurulub.