"Flaminqo" raketləri 3000 km məsafəni qət etmək qabiliyyətinə malikdir.
Axar.az xəbər verir ki, bunu Ukraynanın “Fire Point” şirkətinin rəhbəri Denis Ştilerman deyib.
“İranda “Flaminqo"lar yaşayır? Tezliklə biləcəyik. Ukraynanı raketlərlə hədələyən hər kəsə xatırladırıq: “Flaminqo”larımız 3000 km məsafəyə uça bilir”, - Ştilerman bildirib.
Qeyd edək ki, İranın Xəzər dənizində gəmisinə edilən hücuma cavab olaraq Ukraynaya zərbə endirməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı.