Rusiya ordusu avqustun 1-2-də Slovyansk şəhəri istiqamətində hücum əməliyyatları keçirməyə cəhd göstərsə də, Ukrayna Müdafiə Qüvvələrinin fəaliyyəti nəticəsində məqsədlərinə nail ola bilməyiblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna ordusu Slovyanskın şərqində yerləşən Ray-Oleksandrivka yaşayış məntəqəsi ətrafında uğurlu əks-hücum həyata keçiriblər. Məhz bu əks-hücum Rusiyanın həmin istiqamətdə irəliləmək planlarını pozub.
Rusiyanın Konstantinivka şəhəri istiqamətindəki hücum cəhdləri də uğursuzluqla nəticələnib.