Ukrayna Silahlı Qüvvələrinin sıralarını özbaşına tərk edən hərbçilərin sayı ilə bağlı yeni məlumatlar yayılıb.
Sherg.az xəbər verir ki, "RİA Novosti" Rusiya güc strukturlarındakı mənbələrə istinadən Ukrayna ordusundan ümumilikdə təxminən 480 min nəfərin ayrıldığını iddia edib.
Məlumata görə, 2025-ci ilin sonuna olan statistikada silahla mövqeləri tərk etdiyinə görə cinayət axtarışında olan hərbçilərin sayı 161,5 min nəfər göstərilir.
Mənbənin sözlərinə görə, Ukrayna resurslarında dərc edilən məlumatlar əsasında aparılan hesablamalar nəticəsində ümumilikdə təxminən 480 min nəfərin ordunu tərk etdiyi qənaətinə gəlinib.
Bununla yanaşı, qeyd olunur ki, bu rəqəmlərə döyüş əməliyyatları zamanı həlak olmuş və ya itkin düşmüş bəzi hərbçilər də daxil edilmiş ola bilər. Mənbə iddia edir ki, çox sayda itkin düşmüş hərbçi ilə bağlı qeyri-müəyyənlik səbəbindən sonradan onların bir hissəsi fərarilik kateqoriyasına aid edilə bilər.
Həmçinin bildirilir ki, son vaxtlar Ukrayna ordusunda xidmət edən bəzi xarici muzdlu döyüşçülərin də mövqeləri tərk etməsi ilə bağlı məlumatlar yayılıb. Bu iddialarla bağlı rəsmi Kiyevin mövqeyi isə xəbərdə yer almayıb.