Rusiya aviasiyası Ukrayna ordusunun iki PUA idarəetmə məntəqəsini məhv edib.
Teleqraf Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiya Aerokosmik Qüvvələri Ukraynanın Xarkov vilayətinin Şopino və Prudyanqa yaşayış məntəqələrində yerləşən iki pilotsuz uçuş aparatı (PUA) idarəetmə məntəqəsinə hava zərbələri endirib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatına görə, keçirilən əməliyyat nəticəsində hər iki obyekt tamamilə sıradan çıxarılıb.