Ukraynanın azad edilmiş Kiyev vilayətindən 410 nəfərin meyiti çıxarılıb
18:52 03.04.2022
Dünya
737
Ukraynanın Rusiya qoşunlarından azad edilmiş Kiyev vilayətinin ərazisindən artıq 410 nəfər dinc sakinin meyiti çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova feysbuk səhifəsində məlumat verib.
"Kiyev vilayətinin işğaldan azad edilmiş ərazilərində Rusiya Federasiyasının amansız hərbi cinayətlərinə dair çox mühüm dəlillər var. Bizim torpağımızda bunu təşkil edən qeyri insanları cəzalandırmaq üçün sənədləşdirilməli lazım olan cəhənnəmdir", - o yazıb.
Baş prokurorun sözlərinə görə, işğalçılardan azad edilən bütün ərazi sahələrə bölünüb, onların hər birində prokuror, müstəntiq və Milli Polisin operativ əməliyyat qruplarından ibarət istintaq-əməliyyat qrupları çalışır. Hadisə yerinə baxış keçirmək üçün məhkəmə ekspertləri, partlayıcı maddələr üzrə ekspertlər, kinoloqlar, məhkəmə-tibb ekspertləri və ya həkimlər və Dövlət Fövqəladə Hallar Xidməti cəlb olunub.
"Məhkəmə-tibbi ekspertiza bürosunda prokurorlar, müstəntiqlər və ekspertlər meyitlərin ekspertizası, yarılması və DNT nümunələrinin götürülməsi üçün mütəmadi olaraq növbətçilik çəkirlər. Aprelin 1-dən 3-dək Kiyev vilayətinin ərazisindən həlak olan mülki şəxslərin 410 meyiti çıxarılıb. Onlardan 140-ı artıq prokurorlar və digər mütəxəssislər tərəfindən müayinə olunub”, - Venediktova əlavə edib.
Baş prokuror vurğulayıb ki, paralel olaraq yerli əhali ilə iş aparılır, şahidlərin, zərərçəkmişlərin axtarışı həyata keçirilir, foto və video sübutlar toplanılır. O, eyni zamanda yalnız faciə yerində selfi çəkdirmək istəyənləri tənqid edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət