Ukraynanın Kiyev vilayətində silahlı hücum: iki nəfər saxlanılır

Ukraynanın Kiyev vilayətində naməlum şəxslər dinc sakinlərə atəş açıb.

Sherg.az xəbər verir ki, hadisə İrpin şəhərində baş verib. Məlumata görə, iki kişi küçədə hərəkət edən insanlara qarşı təsadüfi atəş açıb. Hadisə ilə bağlı Ukrayna mediası məlumat yayıb.

Bildirilir ki, insident zamanı izdihamda qadın və uşaq da olub. Hadisə nəticəsində xəsarət alanlar barədə rəsmi məlumat verilməyib, lakin bir avtomobilə ziyan dəyib.

Polis hadisəni törədən şəxslərin tapılması və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.