Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı sənədin razılaşdırılması artıq yekun mərhələyə daxil olub.
APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Telegram-da yazıb.
“Sənədin hazırkı variantı hələ yekun razılaşdırılma mərhələsində olsa da, artıq Ukraynanın əsas prioritetlərinin böyük hissəsini əks etdirir”, - Umerov vurğulayıb.