
Vaşinqtondan BCM-ə təhdid: ABŞ-nin hadisələrə olan reaksiyası doğru deyil -ŞƏRH
Yusif Sultanoğlu
14:02 30.04.2024
Dünya
581
ABŞ Konqresinin nümayəndələri Beynəlxalq Cinayət Məhkəməsinə xəbərdarlıq ediblər. Nümayəndələr İsrailin yüksək rütbəli məmurları üçün mümkün həbs orderlərinin verilməsinin ABŞ-nin cavab tədbirləri ilə qarşılanacağını bildirib.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydendən BCM-nin order verməsinin qarşısını almağı xahiş edib. Bazar ertəsi Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, ABŞ-ın İsrailə qarşı məhkəmə istintaqını dəstəkləmədiyini söyləmişdi.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov"Sherg.az"a açıqlaması zamanı bildirib ki, BCM ABŞ-nin istəklərinə görə qərar versə, öz şəffaflığına böyük zərbə vurmuş olacaq:
"BCM-nin yurisdiksiyasına daxil olan 4 cinayətdən (soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri) birinin belə İsrailin yüksək rütbəli məmurlarının işləməsi ilə bağlı sübutlar varsa, həmin halda ədalətli qərarın çıxarılması zəruridir. Çünki burada söhbət dövlətlərdən yox şəxslərdən gedir. Düşünürəm ki, bu səbəbdən ABŞ-nin hadisələrə olan reaksiyası doğru deyil".

Analitik əlavə edib ki, keçmişdə Ermənistan Azərbaycana qarşı belə cinayətlər törətsə də, bu günə qədər BCM bu hadisələrlə bağlı real addımlar atmayıb:
"Düzdür, onlar bunu BCM-nin o zamanlar daimi fəaliyyət göstərməməsi, Ermənistanın Roma Statutunu yenicə təsdiq etməsi ilə əsalandırırdı. Çünki BCM ona qoşulan dövlətlərin həmin andan sonrakı baş verən proseslərə aid məsuliyyət tədbirlərini müəyyənləşdirir. Amma BCM bu mövzuda gələcəkdə digər regionlarda belə halların qarşısını almaq üçün ədalətli mövqe nümayiş etdirməli idi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur